Çin dünya üzrə ən güclü superkompüterlərin reytinqində liderdir 2017-11-16 16:20:00 / TEXNOLOJİ YENİLİKLƏR

Çinə məxsus  Sunway Taihulight Tianhe-2 superkompüterləri ardıcıl olaraq 4-cü dəfə dünyanın ən güclü superkompüterlərinin siyahısında müvafiq olaraq birinci və ikinci yerlərə sahib olublar.  

belta.by saytına istinadən, Çin reytinqdə təqdim edilən superkompüterlərin ümumi sayına görə ABŞ-ı geridə qoyaraq dünyada birinci yeri tutub. Bu ölkə yeni reytinqdə 202 superkompüterlə təmsil olunduğu halda, ABŞ superkompüterlərinin sayı azalaraq 144 olub.  

Qeyd edək ki, dünyanın 500 ən güclü superkompüteri reytinqi ildə iki dəfə dərc olunur. Liderlər sırasında yenidən yer alan Çinin “Sunway Taihulight” və “Tianhe-2” superkompüterlərinin məhsuldarlığı müvafiq olaraq 93 və 33,9 petaflops (1 petaflops - saniyədə 1 kvadrilyon əməliyyat) təşkil edir.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024