Dünyanın ən “ağıllı” şəhəri 2017-11-13 16:40:00 / MARAQLI MƏLUMATLAR

Dünyanın texnoloji cəhətdən ən çox inkişaf etmiş 500 şəhərinin reytinqi açıqlanıb. Yekun reytinqə ilk 100 şəhər daxil edilib. İsveçin “Easypark” İT-şirkətinin tədqiqatının nəticələrinə əsasən, ən “ağıllı” şəhər Danimarkanın paytaxtı Kopenhagen seçilib. Növbəti 2 pillədə Sinqapur və Stokholm şəhərləri qərarlaşıb.

psm7.com saytının məlumatında bildirilir ki, ilk onluqda həmçinin Sürix, Boston, Tokio, San-Fransisko, Amsterdam, Cenevrə və Melburn şəhərləri yer alıb. Almaniyanın Berlin və Hamburq şəhərləri 13 və 14-cü pillələrdə, Britaniyanın paytaxtı London 17-ci, Fransanın paytaxtı Paris 19-cu yerdə qərarlaşıb. Son pillələrdə isə Ər-Riyad və Mexiko yer alıb.

Qeyd edək ki, reytinq tərtib edilərkən yüksəksürətli İnternetin mövcudluğu, ekoloji təmiz enerji ilə təchizat, əhalinin yüksək fəallığı, sahibkarlar üçün əlverişli mühit və digər amillər nəzərə alınıb.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024