“Apple” “yaşıl” elektronika reytinqində liderliyi əldən verib 2017-10-17 16:00:00 / MARAQLI MƏLUMATLAR

“Greenpeace” beynəlxalq ekoloji təşkilatı dünyanın aparıcı istehlak elektronikası istehsalçılarının yer aldığı “yaşıl” elektronika reytinqini dərc etdirib.

vladtime.ru saytının məlumatına görə, ekspertlər “Apple”, “Samsung”, “Xiaomi” və digər brendlərin ətraf mühitə təsiri necə azaltdıqlarını araşdırıblar. Şirkətlər 3 istiqamətdə qiymətləndirilib: enerjidən istifadə, resursların istehlakı və istehsal zamanı kimyəvi maddələrdən istifadə.

Bərpa olunan enerji mənbələrindən istifadəni qiymətləndirən “Enerji” parametri üzrə ən yüksək balı “Apple” alıb. Şirkət qurğuların sonrakı təmiri və müasirləşdirilməsi imkanı ilə planlaşdırılmasının təyin edildiyi “Resurslar” bölməsində “5” ballıq şkalada “3” qiymətinə layiq görülüb. İstehsal zamanı zərərli və zəhərli maddələrdən istifadəni qiymətləndirən “Kimyəvi preparatlar” bəndində “Apple” “yaxşı” qiymət alıb. Şirkət 3 il ardıcıl olaraq bu reytinqə liderlik edib. 2017-ci ildə isə birinciliyi Hollandiyanın smartfon istehsalçısı “Fairphone” ələ keçirib.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024