Gələcəyin havasız şinləri 2017-06-30 14:00:00 / TEXNOLOJİ YENİLİKLƏR

Vision adlı yeni havasız şin texnologiyası avtomobilin sahibinə təkərlərin mövsümi olaraq dəyişdirilməsinə qənaət etməyə imkan verəcək, zəruri olduqda şin öz şəklini özü dəyişə biləcək.

Fransız şirkəti “Michelin” yeni nəsil havasız şinlərin konsepsiyasını təqdim edib. Onlar öz formasını yol şəraitinə uyğun olaraq dəyişdirəcəklər. Şirkət nümayəndələri yeniliyi Fransanın Monreal şəhərində keçirilən Movin'On konfransı zamanı  nümayiş etdiriblər.

popmech.ru saytının məlumatına görə,  Vision şinlərinin istehsalı üçün tamamilə parçalanan biomateriallardan, məsələn, bambuk, kağız, ağac, karton, portağal qabıqları və təbii kauçukdan istifadə olunacaq.

Havasız şinləri 3D-printerlərdə çap etmək mümkün olacaq – bu da dizaynerlərə şinin forması və rezinin vəziyyətinə nəzarət etməyə imkan verərək onun xidmət müddətini uzadacaq.  Güman olunur ki, şini təxminən 10−15 il işlətmək, sonra isə onu yenidən emal etmək mümkün olacaq.

“Michelin” nümayəndələrinin qeyd etdiyi kimi, Vision havasız şini partlamır və dağılmır. Xarici radiusa yaxınlaşdıqca şinin mərkəzindəki sərt material daha yumşaq və elastik olur.

İstehsalçılar, həmçinin şinlərə xüsusi tənzimləyicilər quraşdırmağı planlaşdırırlar ki, o da sürücüyə şinin şəklinin dəyişilmə vaxtını xatırladacaq. Mobil telefondakı proqramın köməyilə bütün lazımi məlumatları izləmək mümkün olacaq.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024