ABŞ-da layihələşdirilən yeni superkompüterdə sərt disk və əməli yaddaş çipləri əvəzinə “SSD” daşıyıcılardan istifadə ediləcək. Kompüterin layihəçiləri deyiblər ki, SSD-dən istifadə məlumatların ötürülməsinin daxili sürətini artırmağa icazə verəcək. Yeni kompüter “Catalyst” adlanacaq, onu ABŞ Energetika Nazirliyi sifariş edib, o, Livermorda (Kaliforniya) yerləşən Lourens Milli Laboratoriyasında quraşdırılacaq. Spesifikasiyalara əsasən, superkompüterin ən yüksək məhsuldarlığı 150 teraflop/san təşkil edəcək.
“ICTnews” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, “Catalyst” superkompüteri 281 TB ümumi SSD yaddaşa malikdir və o, özü 324 qovşaqlı hesablama klasteri formasında hazırlanacaq. Hər belə qovşaq iki ədəd on iki nüvəli “Xeon E5-2695v2” prosessoru ilə təchiz ediləcək və kompüterdə hesablama nüvələrinin ümumi sayı 7776 olacaq. Hər bir qovşaq 128 QB yaddaşla təchiz ediləcək və ümumi SSD-həcmi 800 QB təşkil edəcək.
Bu superkompüterin öz göstəricilərinə görə hətta dünyanın ən güclü superkompüterlərindən xeyli geridə qalmasına baxmayaraq, o, SSD disklərə əsaslanan tamamilə yeni təşkiletmə strukturundan istifadə edir.