“Apple” şirkəti Çin bazarında yeni “iPhone 5s” və “iPhone 5c” modellərini təqdim etməklə ölkədə 5 aparıcı smartfon istehsalçısının beşliyinə daxil olub. Beləliklə, yerli istehsalçılar “ZTE” və “Xiaomi” şirkətlərini geridə qoyub.
2013-cü ilin üçüncü rübündə Çində iPhone modelinin tədarük həcmi illik hesablamada 32 faiz artıb ki, bu da “Apple”a yerli bazarda smartfon satışından 6 faizlik bazar payına sahib çıxmağa imkan verib. Ötən rübdə şirkət bazarda 5 faizlik paya malik olub və istehsalçıların ümumi hesabatında yeddinci yeri tutub. dailycomm.ru saytının məlumatına görə, “iPhone” və “iPad” istehsalçısının Çində əldə etdiyi uğur burada yeni modellərin bazara ABŞ və digər ölkələrlə eyni vaxtda çıxarılması ilə əlaqədardır.
Çində birinci yeri bazar payı 14 faiz təşkil edən “Samsung” şirkəti tutur. Smartfon tədarükünü 64 faiz artırmağa nail olan Lenovo (13 faiz) isə ikinci yerdə qərarlaşıb. Liderlər üçlüyünü 11 faizlik payla yerli istehsalçı “Coolpad” tamamlayır.