Azərbaycan dilində olan yeni klaviatura düzülüşü “Windows” Əməliyyat Sisteminin növbəti versiyasına inteqrasiya edilib.
Gün.Az-ın “Microsoft Azerbaijan” şirkətinə istinadən verdiyi məlumata görə, təkmilləşdirilmiş yeni klaviatura düzülüşü Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən təklif olunub və hazırlanıb, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən yeni milli standart kimi qəbul olunub.
Nazirliyin sifarişi ilə yeni klaviatura düzülüşü “Microsoft Azerbaijan” şirkəti tərəfindən “Windows 8.1” Əməliyyat Sisteminin növbəti versiyasına inteqrasiya edilib ki, istifadəçiləri istəyinə uyğun olaraq, həm yeni, həm də bundan öncəki klaviatura düzəlişindən yararlana bilərlər.
Qeyd edək ki, Azərbaycan dilində olan yeni klaviatura düzülüşü optimallaşdırılıb və istifadədə daha rahatdır. Yeni düzülüşdə əvvəlkindən fərqli olaraq Azərbaycan dilinin bütün nüansları nəzərə alınıb.