Bu gün AMEA İnformasiya Texnologiyaları İnstitutunun Dissertasiya Şurasının növbəti iclası keçirildi.
Dissertasiya Şurasının sədr müavini, texnika elmləri doktoru, professor Ələkbər Əliyev gündəlikdə duran məsələlər haqqında məlumat verərək, iclasın 3338.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə dissertasiya işlərinin təqdimi və kuratorların təsdiqi məsələlərinə həsr edildiyini bildirdi.
İclasda texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq iddiasında olan Məkrufə Hacırəhimova “Elektron dövlət mühitində mətn sənədlərin intellektual idarə edilməsi üçün model və alqoritmlərin işlənməsi” və Şəfəqət Mahmudovanın “Fotoportretlər əsasında insan sifətinin tanınması üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda dissertasiya işləri təqdim edildi, kuratorlar təyin olunaraq təsdiq edildi.
İddiaçı M.Hacırəhimovanın dissertasiya işi üzrə kuratorlar texnika elmləri doktoru Nadir Ağayev və texnika üzrə fəlsəfə doktoru Zərifə Cəbrayılova, iddiaçı Ş.Mahmudovanın dissertasiya işi üzrə kuratorlar isə texnika elmləri doktoru Məsumə Məmmədova və texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov təyin olundular.