Azərbaycanın ilk İnternet provayderi “Delta Telecom” şirkətinin statistikasına əsəsən, noyabr ayında ölkəyə daxil olan beynəlxalq internet trafikin həcmində kəskin artım müşahidə olunub.
“ICTnews” xəbər xidmətinin verdiyi məlumata görə, ölkəyə daxil olan İnternet trafikin maksimal həcmi son bir ayda 3,4 faiz artaraq 145 Gbp/s təşkil edib.
Bu, Azərbaycana cari ildə daxil olan İnternet trafikinin həcminin ən yüksək həddidir. Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 48,3 faiz artıb.
Ölkənin çıxış trafikinin maksimal həcmi son bir ay ərzində 16,7 faiz artaraq 30 Gbp/s-yə çatıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 40 faiz artıb.