Ən məşhur onlayn ensiklopediya olan "Vikipediya" da “Twitter”, “Facebook”, “Google”, “YouTube” və “Yandeks”dən sonra 2014-cü ilin ən vacib hadisələrinin icmalını təqdim edib.
hitech.newsru.com saytının məlumatına görə, "Wikimedia Foundation" təşkilatının dəstəyilə hazırlanmış videoçarxda 2014-cü ilin ən mühüm hadisələri öz əksini tapıb. Məqalələr seçilərkən oxucuların hazırladığı kontent və redaktələr nəzərə alınıb.
Vikipedia oxucularını maraqlandıran mövzuların siyahısı gözlənildiyi kimi olub. Videoçarxda Ukraynada baş verən faciəvi hadisələr, Malayziya "Boinq"inin qəzaya uğraması, Soçidə keçirilən Olimpiya oyunları, Braziliyada futbol üzrə Dünya Çempionatı, Şotlandiyada müstəqillik haqqında referendum, Fergüsondakı (ABŞ) nümayişlər, Meksikada tələbələrin kütləvi şəkildə oğurlanması və digər olaylar yer alıb.