«Микрон» инвестирует 866 млн долларов на завод на производство DRAM памяти 2014-12-01 11:11:03 / КОНФЕРЕНЦИИ

Kompüter yaddaşının istehsalçısı olan ABŞ-ın “Micron Technology” şirkəti Yaponiyadakı fabriklərindən birinə sərmayə yatırmaq qərarına gəlib. O, bu fabrikə “Elpida Memory” şirkətini əldə etməsi nəticəsində yiyələnmişdir.

 

3dnews.ru saytının məlumatına görə, “Micron” şirkəti  Xirosimada yerləşən fabrikə təxminən 100 milyard ien (866 milyar dollar) investisiya ayırıb. ABŞ vendorları müəssisədə DRAM yaddaşın 20 nm çiplərinin istehsalını artırmaq niyyətindədir.

 

Cari maliyə ilinin nəticələrinə görə, “Micron” şirkəti dünya üzrə 3,8 milyard dollar kapital qoyuluşu nəzərdə tutur ki, bu məbləğin də yarısı DRAM-yaddaşın istehsal gücünün artırılmasına yönələcək.

 

Şirkətin  baş direktoru Mark Durkanın sözlərinə görə, mobil və server də daxil olmaqla bir çox bazarlarda əməli yaddaşa tələbat artıb. Bu səbəbdən “Micron” bazar tendensiyalarına uyğun olaraq, bu məhsula sərmayə yatırmağa fəal şəkildə davam edəcək.

 

IHS analitikləri bildiriblər ki, 2013-cü il üzrə dünyada DRAM yaddaş çiplərinin istehsalı 35 milyard dollara qədər artıb. Bu da ötən illə müqayisədə 30% çoxdur. “Micron” şirkəti bu bazarın 28,3%-nə nəzarət edirdi. “Samsung” şirkəti isə 36,2% ilə birinci yeri tuturdu.

 

“Micron” Tayvandakı fabrikdə də çiplərin istehsalını artırmağı planlaşdırır. Bu tədbirlər nəticəsində şirkət DRAM-mikrosxeminin istehsalının 20% artacağına ümid edir.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024