“Telegram”da yazışmaları oxumağa imkan verən boşluq aşkar olunub 2018-11-01 14:00:00 / MARAQLI MƏLUMATLAR

ABŞ mühəndisi Nataniel Saçi “Telegram Desktop” əlavəsinin istifadəçilərin yazışmalarını şifrləmədiyini aşkarlayıb.

“Telegram” istifadəçi mesajlarını şifrələnməyən SQLite məlumat bazasında saxlayır”, – deyə mütəxəssis bildirib.  

iz.ru saytının məlumatına görə, proqram yazışmaları mətn fayllarına çevirir. Məlumat bazaya, həmçinin ötürülən mediafayllar və “məxfi çat” daxil olur.

Qeyd edək ki, ekspertlər “WhatsApp” messencerində də cinayətkarların istifadəçi hesabına giriş əldə edə bildikləri təhlükəli boşluqlar aşkar ediblər. Şəxsi məlumatlar istifadəçilər daxil olan videozənglərə cavab verdikdə hakerlərə əlçatan olur.

 

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024