Planşet boyun nahiyəsində ağrıların yaranmasına səbəb olur 2018-06-28 15:28:00 / MARAQLI MƏLUMATLAR

Alimlər planşetdən istifadə və onurğa sütununda problemlərin yaranması arasında birbaşa bağlılıq aşkar ediblər.

life.ru saytının məlumatına görə, ABŞ-ın Nevada Universitetinin alimlərinin qənaətinə görə, planşetdən istifadə boyun nahiyəsində ağrıların yaranmasına birbaşa təsir edir.

Planşet istifadəçilərinin əksəriyyəti displeyə baxarkən belini bükür. Nadir hallarda qurğunu elə saxlayırlar ki, bel düz dayansın. Bu isə onurğa sütununda ağrıların yaranmasına səbəb olur.

Alimlərin araşdırması nəticəsində məlum olub ki, qadınların 70 faizi və kişilərin isə 30 faizi boyun nahiyəsindəki ağrılardan şikayət edirlər.

Həmçinin tədqiqatçılar sorğu keçiriblər: 46 faiz iştirakçı məhz sağlamlıqla bağlı problemlərə görə “iPad” və digər planşetlərdən istifadədən imtina edib, 15 faiz iştirakçı isə qurğulara görə yaranmış yuxu problemlərindən şikayət edib.

 

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2023