Smartfon üçün təhlükəsiz örtük hazırlanıb 2018-06-25 15:10:00 / MARAQLI MƏLUMATLAR

Almaniyalı dizayner yerə düşən smartfonu zədələnmədən qoruyan örtük hazırlayıb. “Ağıllı” örtük düşmə zamanı xüsusi ayaqları aktivləşdirən sensorlarla təchiz edilib. Bu ayaqlar bərk səthlə təmas etdikdə yay kimi əyilərək smartfonu qoruyurlar.

planet-today.ru saytının məlumatına görə, prototip halında olan qurğunun seriya istehsalının başlanması dizaynerin “Kickstarter” kraudfandinq (layihənin reallaşdırılması məqsədilə geniş kütlələrdən maliyyə cəlb olunması mexanizmi) platformasında aparacağı kampaniyanın uğurlu olub-olmamasından asılı olacaq.

 

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2023