İlk ikiekranlı noutbuk 2018-06-11 11:20:00 / TEXNOLOJİ YENİLİKLƏR

“Asus” şirkəti “Computex 2018” Beynəlxalq informasiya texnologiyaları sərgisi çərçivəsində “Project Precog” konseptual noutbukunu nümayiş etdirib. Qurğuya klaviatura əvəzinə, ikinci sensor ekran quraşdırılıb.

life.ru saytının məlumatına görə, noutbuk iki sensor displeydən ibarətdir. Onlardan biri klaviatura rolunu oynayır. İstifadəçi klavişli sahəni öz istəklərinə uyğun quraşdıra bilər.

Həmçinin kompüterin hər iki tərəfini 180 dərəcə açaraq, ondan böyük displey kimi istifadə etmək mümkündür. Konsept şəklində olan “Project Precog” noutbukunun satışa çıxarılması barədə məlumat verilmir.

 

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024