“Microsoft” fiziki imkanları məhdud insanlara yardım edəcək 2018-05-08 11:00:00 / MARAQLI MƏLUMATLAR

“Microsoft” korporasiyası fiziki imkanları məhdud insanların həyatını asanlaşdıracaq süni intellekt texnologiyalarının inkişafına 25 milyon dollar ayıracaq. Bu haqda şirkətin prezidenti Bred Smit və baş direktoru Satya Nadellanın rəsmi bəyanatında bildirilir.

belta.by saytının məlumatına görə, bu təşəbbüsün 5 il ərzində reallaşdırılması planlaşdırılır. “Microsoft” korporasiyası süni intellekt sahəsində tədqiqatlar və məhdud imkanlı insanlar üçün nəzərdə tutulmuş texnologiyaların hazırlanması ilə məşğul olan özəl və qeyri-kommersiya təşkilatlarına maliyyə dəstəyi göstərəcək.

Korporasiya startaplara qrant ayırmaqla yanaşı, bu sahənin inkişafına sərmayə yatırmaq və ekspert köməyinə ehtiyac duyan istehsalçıları belə bir xidmətlə təmin etmək niyyətindədir. “Microsoft” rəhbərliyi hesab edir ki, ən yeni texnologiyalar məhdud qabiliyyətli insanlara öz potensialını reallaşdırmağa kömək edəcək.

 

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024