Süni intellektə malik diş fırçası hazırlanıb 2018-04-02 17:37:00 / MARAQLI MƏLUMATLAR

İsveçin “FOREO” şirkətinin süni intellektlə təchiz edilmiş diş fırçası satışa çıxarılıb. “ISSALEXA” adlandırılmış fırça dişləri təmizləməklə yanaşı, həm də bir sıra əlavə faydalı funksiyalara malikdir.

belta.by saytının məlumatına görə, “ISSALEXA” dişlərin təmizlənməsi zamanı insanın ağız suyunun tərkibini tədqiq edir. Onun tərkibində stres hormonunun miqdarı yüksəlibsə, qurğu öz sahibi ilə söhbət etməyə başlayacaq. Bundan başqa, “ağıllı” fırça sahibinə dişlərini vaxtında təmizləməyi xatırladır.

Su keçirməyən səthə malik olan “ISSALEXA” USB vasitəsilə enerji toplayır. İstehsalçılar bildiriblər ki, 1 dəfə toplanan enerji fırçadan 365 gün istifadə üçün kifayət edir.

 

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024