3D-printerdə çap edilmiş toxuma ilk dəfə transplantasiya olunub 2017-11-02 11:00:00 / TEXNOLOJİ YENİLİKLƏR

Məlumdur ki, son zamanlar 3D-çap texnologiyası sürətlə yayılmağa başlayıb. Dünyada ilk dəfə olaraq Yaponiyanın Kyusyu Universitetindən alimlər qrupu 3D-printerdə çap edilmiş qaraciyəri müvəffəqiyyətlə transplantasiya ediblər.

Təcrübələr ilk olaraq siçovullar üzərində aparılıb. Tədqiqatçıların bildirdiyinə görə, transplantasiyadan bir həftə sonra yeni toxuma tamamilə uyğunlaşıb. Bu, transplantologiya sahəsində böyük irəliləyiş hesab olunur: əməliyyatın müvəffəqiyyəti sübut edir ki, donor orqanı gözləmədən tam orqanı dəyişdirmək yerinə, onun hissələrini əvəz etmək mümkün olacaq.

hi-news.ru saytının məlumatına görə, 3D-toxumanın iynəli massivlərin köməyi ilə fiksasiyası sistemi mürəkkəb geometriyalı toxuma istehsal etməyə imkan verib. Bu metod yüzlərlə qaraciyər hüceyrəsinin üçölçülü bioçapdan istifadə etməklə birləşdirilməsinin xüsusi üsulundan ibarətdir. Bundan başqa, yeni metod bir sıra üstünlüklərə malikdir: birincisi, o damar zədələnməsinə səbəb olmur, ikincisi, transplantat və orqanın toxumaları arasında bilavasitə əlaqə hesabına yeni toxuma çox sürətli yaranır.

Yeni texnologiyanın mahiyyəti ondan ibarətdir ki, transplantasiya olunacaqhüceyrələr sınaq şüşəsində yetişdirilmir. Onun insan orqanizminin daxilində yerləşdirilməsi immun sistemi tərəfindən transplantatın qəbul olunmaması ilə bağlı allergik reaksiyalar və neqativ nəticələrdən yan keçməyə imkan verir. Yapon alimləri iddia edirlər ki, yeni metod yalnız qaraciyər toxumalarının dəyişdirilməsi üçün deyil, digər orqanların transplantologiyasında da istifadə oluna bilər.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024