Smartfonlar üçün əlavə reallıq printeri təqdim olunub 2017-05-26 12:55:17 / KONFRANSLAR

“Prynt” şirkəti smartfonlar üçün yapışqan əsaslı fotokağıza şəkilləri çap etməyə imkan verən əlavə reallıq printerini təqdim edib.  Bu printerdə çap edilmiş şəkillər hərəkət edə bilirlər.

 

hi-news.ru saytının məlumatına görə, şəklin hərəkət etməsi üçün ona smartfonun ön kamerası vasitəsilə baxmaq lazımdır. Bu zaman şəkildəki insanlar hərəkət etməyə başlayacaqlar. Bunun üçün yalnızca video yüklənir.

 

“Prynt” şirkəti daha əvvəl də smartfon üçün printer istehsal edib. Lakin bu yenilənmiş versiya daha yaxşı, nazik və sürətlidir.  Yeni versiyada qadcet smartfonların istənilən modeli üçün yararlıdır.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024