Paralel proqramlaşdırma texnologiyaları ilə bağlı müzakirələr aparıldı 2017-05-16 18:16:05 / KONFRANSLAR

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 4 saylı şöbənin növbəti elmi seminarı keçirildi. Tədbiri giriş sözü ilə açan institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov seminarın paralel proqramlaşdırma mövzusuna həsr olunduğunu bildirdi.

 

Sonra AzScienceNet şəbəkəsinin Data Mərkəzinin administratoru Tural Mustafayev “Paralel proqramlaşdırma texnologiyalarının tətbiqi məsələləri” adlı məruzəni təqdim etdi. Bildirdi ki, paralel proqramlaşdırma texnologiyasının tətbiq olunması yüksək hesablama gücü tələb edən məsələlərin daha effektiv həll olunmasına imkan verir.

 

T.Mustafayev paralel hesablama sistemlərinin arxitekturaları haqqında məlumat verərək, hazırda istifadə olunan klaster, qrid və s. hesablama sistemlərinin Flinnin MİMD arxitekturası əsasında qurulduğunu  qeyd etdi.

 

Paralel hesablama sistemlərinin üstünlükləri barədə danışan məruzəçi, buraya zamana qənaət, xərclərin azaldılması, daha mürəkkəb məsələlərin həlli, resursların məkana bağlı olmaması və s. amillərin daxil olduğunu dedi.

 

Sonda mövzu ətrafında fikir mübadiləsi aparıldı, rəy və təkliflər səsləndirildi. Məruzənin cari ilin may ayında keçiriləcək “Proqram mühəndisliyinin aktual elmi-praktiki problemləri” I respublika konfransına təqdim olunması qərar alındı.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024