Kompüterin insana qalib gəldiyi gün 2017-05-08 11:12:59 / KONFRANSLAR

1997-ci il mayın 4-də tanınmış şahmatçı Harri Kasparov şahmatın ikinci partiyasında “IBM Deep Blue” kompüterinə məğlub olub. Qrossmeyster və superkompüter arasında ilk oyun 1996-cı il fevralın 10-da ABŞ-ın Filadelfiya şəhərində keçirilib və bu zaman Kasparov 4-2 hesabla qələbə qazanıb.

 

ferra.ru saytının məlumatına görə, 1997-ci ildə baş tutan “təkbətək döyüş” şahmat kompüterinin qrossmeyster üzərində ilk qələbəsi kimi tarixə düşüb. 2016-cı ildə isə kompüter məntiqi cəhətdən şahmatdan daha mürəkkəb olan “Go” oyununda insana qalib gəlib.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2023