İnstitutun əməkdaşı II “CAREN Regional Şəbəkə Konfransı”nda iştirak edib 2017-05-08 11:08:24 / KONFRANSLAR

AMEA İnformasiya Texnologiyaları İnstitutunun sektor müdiri Babək Nəbiyev 24-27 aprel 2017-ci il tarixlərdə Qırğızıstan Respublikasında (QR) keçirilən II “CAREN Regional Şəbəkə Konfransı” və “İKT sahəsində qadın təşəbbüsləri” adlı tədbirlərdə iştirak edib.

 

QR Prezident administrasiyasının rəhbəri, Avropa Birliyinin Qırğızıstan nümayəndəsi, QR Təhsil naziri, Qırğızıstan Milli Elmlər Akademiyasının prezidenti, Qırğız-Türk Manas Universitetinin rektoru və digərlərinin də iştirak etdiyi tədbir çərçivəsində e-elm, e-tibb, e-təhsil, distant təhsil, elmmetriya və digər mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb.

 

B.Nəbiyev, həmçinin Qırğızıstanın elm-kompüter şəbəkəsi KRENA-nın fəaliyyəti ilə yaxından tanış olub.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024