Smart-eynək görmə məhdudiyyətli insanlara kömək edəcək 2017-04-28 16:37:05 / KONFRANSLAR

Bu günədək vizual qavramanın müxtəlif problemləri ilə rastlaşan pasiyentlər üçün universal eynək mövcud olmayıb. ABŞ-ın Yuta Universitetinin mütəxəssisləri bu yaxınlarda aydın görünməyən predmeti yaxşı seçilən obyektə çevirəcək daşına bilən smart-qadcet hazırlamağa müvəffəq olublar.

 

3dnews.ru saytının məlumatına görə, özü fokuslanan linzalara malik eynək kompleks xarakterli problemlərin həllində kömək edir. Bu smart-eynəklərin hərəkət alqoritmi ümumi iş prinsipinə görə müasir smartfonların kameralarının avtofokuslanması ilə oxşardır.

 

İnnovativ qurğu eynəyin çərçivəsinə yerləşdirilmiş maye linzalarla təchiz edilib. Qurğunun təsiri altında membranın əyilməsi eynək sahibinin lazımi obyektə düzgün fokusu təmin etməsinə imkan verir. İmpulslu infraqırmızı şüalanma eynək sahibinin hansı predmetə baxdığını müəyyən etməklə yanaşı, predmətə qədər olan məsafəni də ölçmək imkanına malikdir.

 

Görmə aparatının çatışmazlığını kompensasiya edən smart-eynək hazırda eksperimental nümunədir və çətin ki, yaxın bir neçə ildə ticari versiyasını əldə etmək mümkün olacaq.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024