“Google Chrome”da Yer kürəsinə virtual səyahət 2017-04-28 16:18:40 / KONFRANSLAR

“Google” şirkətinin “Yer Planeti” xidmətinin köməyilə dünyanın istənilən yerinə 3D-də baxmaq üçün Windows və ya Android proqramlarını yükləmək lazım gəlməyəcək. Belə ki, artıq brauzerlərdə də virtual səyahətlər etmək mümkün olacaq. Bu, indi hələlik yalnız Google Chrome-da əlçatandır.

 

hitech.vesti.ru saytının məlumatına görə, istifadəçilər Chrome və ya mobil qurğular üçün nəzərdə tutulmuş virtual səyahət proqramlarından çıxmadan yeni məkanlarla tanış ola biləcəklər. “Google” ən maraqlı yerlər üzrə təxminən 50 onlayn-ekskursiya təklif edir — məsələn, Tanzaniyada Qombe-Strim Milli parkına baş çəkmək və ya “Sezam Küçələri” uşaq televiziya verilişinin qəhrəmanlarıyla birlikdə Mexiko küçələrində gəzişmək mümkündür.

 

“Küçələrə baxış funksiyasının köməyilə uzaq şəhərlərin üçölçülü görüntülərini izləyin. BBC Earth, NASA və “Sezam küçələri” kimi partnyorlarımız vasitəsilə Yer kürəsinin müxtəlif guşələrindəki həyat şəraiti ilə tanış olun”, – deyə “Google”dan bildiriblər.

 

Şirkət nüməyəndələrinin sözlərinə görə, “Yer Planeti”nin yeni versiyasının brauzerə və mobil qurğulara uyğunlaşdırılması üçün təxminən iki il vaxt sərf olunub. Yeni funksiya artıq Chrome və Android-də əlçatandır. Tezliklə ondan iOS daxil olmaqla digər platformalar və brauzerlərdə də istifadə etmək mümkün olacaq.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024