İnsanın düşüncələrini oxuyan qurğu 2017-04-28 15:55:04 / KONFRANSLAR

Yaponiyanın Toyohaşi Texnoloji Universitetinin mütəxəssisləri insanın düşüncələrini oxuyan qurğu hazırlayıblar. Yeni ixtira 0-dan 9-dək rəqəmləri 90 faiz, yapon dilində bəzi hecaları isə 61 faiz dəqiqliklə tapa bilir.

 

dni24.com saytının məlumatına görə, nail olduqları göstəricilərin o qədər də yüksək olmadığını etiraf edən mütəxəssislər qurğunun təkmilləşdirilməsi üzərində çalışırlar.

 

Qurğu insanın sözləri tələffüz etdiyi zaman yaranan beyin dalğalarını skan edən elektroensefaloqramların iş prinsipi əsasında işləyir. Sonrakı mərhələdə beyin fəaliyyəti nəticəsində yaranan dalğaların analizi sayəsində insanın fikirləşdiyi söz və cümlələri qabaqcadan deyə bilir.

 

Alimlərin sözlərinə görə, qurğu müxtəlif xəstəliklər və ya bədbəxt hadisələr nəticəsində nitq qabiliyyətindən məhrum olmuş insanlara kömək edəcək. Onun təkmilləşdirilmiş versiyası cari ilin sonunda təqdim olunacaq.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2023