Yaponiyada bitkoin vasitəsilə ödənişlər qəbul olunacaq 2017-04-10 19:00:54 / KONFRANSLAR

Yaponiyanın ən böyük elektron mallar mağazalar şəbəkələrindən biri “Big Camera” bu gündən etibarən bitkoin virtual valyutası vasitəsilə ödənişləri qəbul etməyə başlayır.

 

tass.ru saytının məlumatına görə, xüsusi olaraq bunun üçün şirkət ödəniş sistemini hazırlamağa kömək edən yapon bitkoin birjası “bitFlyer” ilə əməkdaşlıq haqqında razılaşma əldə edib. Hələ ki, kriptovalyuta hesabı sahibləri “Big Camera”nın Tokionun 2 rayonunda yerləşən hipermarketlərində alış-veriş edə biləcəklər.

 

Bununla belə, ödənişlər 100 min yen (təxminən 904 dollar) məbləğlə məhdudlaşdırılıb. Ödənişlər bitkoinin cari məzənnəsi üzrə həyata keçirilir. Məlumat üçün qeyd edək ki, bu gün 1 bitkoin təxminən 129 min yen (1167 dollar) təşkil edir. Yeni xidmətə güclü tələbat qeydə alınarsa şəbəkə operatoru bu sistemin digər mağazalarda da tətbiqi imkanlarını araşdırmağı planlaşdırır.

 

Qeyd edək ki, Yaponiyada kriptovalyuta, həmçinin bitkoin 1 apreldən valyuta nizamlanması haqqında Qanunla ödəniş vasitəsi statusu əldə edib. Sənədə əsasən bitkoin yalnız valyuta funksiyasını yerinə yetirir, rəsmi pul vahidi isə yendir.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024