İnstitutun əməkdaşı nüfuzlu jurnala rəyçi seçilib 2017-04-10 18:46:08 / KONFRANSLAR

AMEA İnformasiya Texnologiyaları İnstitutunun layihə baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət MahmudovaHumanities and Social Sciences Letters” jurnalına rəyçi seçilib.  

 

Jurnal humanitar və ictimai elmlər – antropologiya, iqtisadiyyat, təhsil, insan resurslarının inkişafı, idarəetmə, marketinq, psixologiya və s. sahələrdə elmi araşdırmaları əhatə edir.

 

“Humanities and Social Sciences Letters” Pak Publishing Group nəşriyyatına daxil olan jurnallar siyahısındadır. Nəşr “Academic Resource Index”, “Academia.edu Share research”, “Microsoft Academic Search”, Google Scholar, CiteFactor və s. bazalarda indeksləşir və referatlaşdırılır.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024