İnstitutun əməkdaşı impakt faktorlu jurnala rəyçi seçilib 2017-04-07 11:09:46 / KONFRANSLAR

AMEA İnformasiya Texnologiyaları İnstitutunun böyük elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayeva Elektrotexnika və Elektronika Mühəndisləri İnstitutunun (Institute of Electrical and Electronics Engineers – IEEE) dərc etdiyi “IEEE Communications Letters” jurnalına (impakt faktor – 1.291) rəyçi seçilib.

 

Jurnal IEEE Rabitə Cəmiyyətinin (IEEE Communications Society) maraq dairəsində olan mövzularla bağlı qısa məzmunlu və yüksək keyfiyyətli elmi məqalələri nəşr edir.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024