İnstitutun əməkdaşı impakt faktorlu jurnalın rəyçi sertifikatına layiq görülüb 2017-04-04 11:17:24 / KONFRANSLAR

AMEA İnformasiya Texnologiyaları İnstitutunun böyük elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayeva “Elsevier” nəşriyyatının Journal of Network and Computer Applications – JNCA”nın (Şəbəkə və kompüter tətbiqləri” jurnalı) rəyçi sertifikatına layiq görülüb.

 

Thomson Reuters” siyahısına daxil olan jurnalda (impakt faktor – 2.331) kompüter şəbəkələri və tətbiqləri elminin bütün sahələrinə dair tədqiqat materialları, icmal və qısa məqalələr nəşr olunur.

 

Kompüter şəbəkələri, İnternet protokolları üçün təkmilləşdirilmiş standartlar, simsiz şəbəkələr, mobil texnologiyalar, bulud texnologiyaları, qrid texnologiyaları, sensor şəbəkələri, Əşyaların İnterneti, şəbəkə sistemlərinin teletibdə tətbiqi, kompüter və şəbəkə təhlükəsizliyi jurnalın əsas elmi istiqamətləridir.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024