Stiv Cobsun ilk kompüteri hərraca çıxarılacaq 2017-04-04 11:05:14 / KONFRANSLAR

Amerikalı sahibkar, “Apple” imperiyasının qurucusu Stiv Cobsun ilk kompüteri 315 min dollara satışa çıxarılacaq.

 

Hazırda bütün dünyada “Apple 1”in yalnız 8 ədəd tam işlək versiyası var. Stiv Voznyak və Stiv Cobs fərdi kompüteri 1976-cı ildə yaradıblar və ümumilikdə 150 ədəd belə kompüter istehsal edilib.

 

dni24.com saytının məlumatına görə, kompüterin ilk 50 nüsxəsini pərakəndə ticarətlə məşğul olan bir şəxs satın alıb, digərləri isə vasitəçilərin köməyilə satılıb. Əvvəlcə qurğunun qiyməti 666,66 dollar təşkil edib, çünki S.Voznyak təkrarlanan rəqəmləri xoşlayırdı. Alıcılara yalnız ana plata verilirdi, digər komponentləri (klaviatura, monitor və s.) isə alıcı özü tapmalı idi.

 

Hərracda orijinal NTİ işarəli nadir nüsxə tam komplektli, istifadəyə hazır şəkildə satışa çıxarılacaq. Ümumilikdə bu modeldən 60 ədəd istehsal edilib.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024