“Samsung Galaxy S8” sifətin tanınması texnologiyasına malik olacaq 2017-03-31 18:20:13 / KONFRANSLAR

“Samsung Galaxy S8” smartfonu ödənişlərin təsdiqi üçün insan sifətinin tanınması texnologiyası ilə təchiz ediləcək.

 

psm7.com saytının məlumatına görə, yeni model, həmçinin uyğunlaşdırılmış barmaq izi, gözün qüzehli qişasının tanınması texnologiyalarına malik olacaq.

 

Sifətin tanınması texnologiyasından proqramlara, o cümlədən “Samsung Pay” əlavəsinə daxil olmaq üçün istifadə mümkün olacaq. Bundan başqa, Cənubi Koreya şirkəti digər banklara məxsus proqramları da bu texnologiya ilə təchiz etmək üçün onlarla danışıqlar aparır.

 

“Galaxy” seriyasından olan əvvəlki smartfonlar bu texnologiyaya malik olsalar da, onlar yalnız qurğunun blokdan çıxarılması funksiyasını yerinə yetiriblər. “Samsung Galaxy S8” isə şirkətin texnologiyadan ödənişlər üçün istifadəyə imkan verən ilk qurğusu olacaq.

 

Qeyd edək ki, “Samsung Galaxy S8” smartfonunun martın sonunda təqdim ediləcəyi gözlənilir.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024