İnstitutun əməkdaşları Fəxri Fərmanlarla təltif olundular 2017-03-10 14:46:09 / KONFRANSLAR

AMEA İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları, texnika üzrə fəlsəfə doktorları, dosentlər Şəfəqət MahmudovaMəkrufə Hacırəhimova informasiya texnologiyaları sahəsinin inkişafında unuzmüddətli elmi və elmi-təşkilati fəaliyyətləri nəzərə alınaraq institutun Fəxri Fərmanı ilə təltif olundular.

 

Fəxri Fərmanı təqdim edən AMEA-nın akademik-katibi, institutun direktoru akademik Rasim Əliquliyev rəhbərlik etdiyi qurumun elmi-ictimai həyatında hər iki əməkdaşın fəal iştirakını və elmi nailiyyətlərini yüksək qiymətləndirdi, onlara möhkəm can sağlığı və gələcək fəaliyyətlərində uğurlar arzuladı.

 

Qeyd edək ki, Azərbaycan Respublikasının “Elm haqqında” Qanununa əsasən, elm sahəsində göstərdikləri xidmətlərə və əldə etdikləri yüksək nailiyyətlərə görə elmi işçilərə fərdi təqaüdlər, müavinətlər, dövlət mükafatları, dövlət təltifləri, fəxri adlar, elmi müəssisə və təşkilatların təsis etdiyi mükafatlar və fəxri fərmanlar verilir.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024