Gözlərin hərəkəti ilə mətn yığmağa imkan verən unikal proqram 2017-03-10 14:09:21 / KONFRANSLAR

ABŞ-ın “Microsoft” korporasiyasının mühəndisləri gözlərin hərəkəti ilə mətn yığmağa imkan verən unikal proqram hazırlayıblar. Yeni proqram fiziki imkanları məhdud olan insanlara ünsiyyət qurmaqda kömək göstərmək üçün nəzərdə tutulub.

 

runews24.ru saytının məlumatına görə, məhsulun yaradılması zamanı “Microsoft” mühəndislərinə ABŞ-ın Vaşinqton Elmi Universitetinin mütəxəssisləri texniki dəstək göstəriblər. “Eye-gaze” adlandırılmış proqram videokameraya smartfon və ya fablet istifadəçilərinin gözlərinin hərəkətini izləməyə imkan verir. Proqram göz bəbəklərinin hərəkət trayektoriyasını yadda saxlayaraq məlumatları virtual klaviaturanın düymələrinə köçürərək modelləşdirə bilir.

 

Unikal proqramdan istifadə etdikdə mürəkkəb bir cümlənin yığılmasına 1 dəqiqə yarım sərf olunacaq.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2023