Yeni implantat görmə məhdudiyyətli insanlarda görməni bərpa edəcək 2017-02-28 14:37:47 / KONFRANSLAR

Növbəti ayda Harvard Universitetinin Tibb məktəbinin tədqiqatçıları meymunlar üzərində yeni implantatın cərrahi müdaxilə tələb etməyən sınaqlarına başlayacaqlar.

 

dailytechinfo.org saytının məlumatına görə, bu iş gələcəkdə görmə məhdudiyyətli insanlara görmə qabiliyyətini bərpa edəcək və ya iflic olmuş xəstələrə hərəkət imkanı təqdim edən yüksək keyfiyyətli qurğuların hazırlamasına imkan verəcək.

 

Yeni implantatın əsasını beynin müəyyən sahələrinin sinir hüceyrələrinin fəaliyyətinin elektrik aspektlərinə təsir edən kifayət qədər güclü maqnit sahəsi istehsal etmək imkanına malik çox sayda kiçik çarxlar təşkil edir. Alimlər müqayisəli nəticələrin əldə olunması üçün digər heyvanların kəlləsinin içərisinə eyni implantatdan yerləşdirəcəklər.

 

Qurğu beyin qabığının vizual sahəsinin maqnit stimulyasiyası üçün istifadə olunacaq. Bu halda, implantatlara qoşulmuş kompüter sinir fəaliyyətinin siqnallarını kifayət qədər dəqiq təqlid edəcək.

 

Bu layihə beynin fəaliyyətinin bütün aspektlərinin öyrənilməsinə hədəflənmiş “BRAIN initiative” qlobal təşəbbüsünün bir hissəsidir. Bundan başqa, bu texnologiyanı travma nəticəsində əsəb toxumaları zədə aldığı zaman bədənin digər hissələri üçün də tətbiq etmək mümkündür.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024