ZTE şirkəti MWC 2017 sərgisində yeni smartfonu təqdim edəcək 2017-02-22 17:22:11 / KONFRANSLAR

Dünya telekommunikasiya şirkətləri bu yaxınlarda məlumatların ötürülməsinin pik sürətini (1 Qbit/s-ə qədər) təmin edən LTE Advanced Pro (4.5G) test şəbəkələrinin işə salınması üzrə hazırlığa başlayıblar.

 

hi-tech.ua saytının məlumatına görə, ZTE Gigabit Phone konseptual smartfonu İspaniyanın Barselona şəhərində keçiriləcək MWC 2017 sərgisində təqdim ediləcək. Hələlik yeni qurğunun texniki imkanları haqqında ətraflı məlumat verilmir. Lakin ehtimal olunur ki, o, 360 dərəcəli VR panorama və 4K təsvir ölçüsünə malik video çəkilişlə təchiz ediləcək.

 

Qeyd edək ki, hazırda dünyada 1 Qbit/s-ə qədər qoşulma sürətini dəstəkləyən yalnız bir məkan var. Bu da Avstraliyada “Netgear” və “Ericsson” şirkətlərinin Telstra yerli mobil operatoru ilə birgə müəyyən etdiyi giriş nöqtəsidir.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024