Yüksək keyfiyyətli holoqrafik ekranların yaradılması üçün texnologiya hazırlanıb 2017-02-22 16:31:30 / KONFRANSLAR

Hazırda dünyada keyfiyyətli olması ilə yanaşı, hər kəs üçün əlçatan olan holoqrafik ekranların yaradılması sahəsində işlər aparılır. Bu yaxınlarda Koreyanın Elm və Qabaqcıl Texnologiyalar İnstitutunun tədqiqatçıları parametrləri istənilən mövcud analoqunun parametrlərini 2,5 min dəfədən çox üstələyən dinamik üçölçülü holoqrafik ekranının prototipini hazırlayıblar.

 

hi-news.ru saytının məlumatına görə, Koreya tədqiqatçıları öz araşdırmalarında sadə yüksək keyfiyyətli ekrandan, məlumat daşıyıcısı kimi isə optik dalğa cəbhəsinin yaradılması üçün xüsusi modulyatordan istifadə ediblər. Belə kombinasiya yüksək keyfiyyətli holoqramı 1 kub santimetr ölçüdə yaratmağa imkan verib.

 

Daha əvvəl holoqrafik qurğularda işığın yayılması arzuedilməz hadisə hesab olunsa da, artıq işığın “düzgün” yayılmasından istifadə etməklə daha əvvəl hazırlanmış istənilən analoji holoqramın göstəricilərini 2 min 5 yüz dəfə üstələyən geniş baxış bucağı əldə edilib.  

 

Koreya alimləri hesab edirlər ki, onların tətbiqi böyük, keyfiyyətli və əlçatan üçölçülü holoqrafik ekranların yaradılmasına gedən yolda ilk addım ola bilər ki, bu da həkimlər, mühəndislər və alimlərin işini əhəmiyyətli dərəcədə yüngülləşdirəcək.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024