Nyu-Yorkda internetə çıxış sürətini azaldan provayder mühakimə olunacaq 2017-02-07 16:20:35 / KONFRANSLAR

Nyu-York ştatının baş prokuroru Erik Şneyderman yerli abunəçilərin aldadılmasına görə “Spectrum Management Holding Co.” şirkətinə qarşı iddia ilə ştatın Ali Məhkəməsinə müraciət edib. Belə ki, internetə çıxışın son sürəti provayderin söz verdiyi sürətdən aşağı olub.

 

tech.onliner.by saytının məlumatına görə, hələ 2012-ci ilin yanvar ayında provayder abunəçinin evinin istənilən hissəsində sürətli və etibarlı qoşulmanı təmin etməyə söz verib. Lakin 16 aylıq araşdırma göstərib ki, genişzolaqlı internetin sürəti söz verilmiş sürətdən 70 faiz, Wi-Fi birləşmənin sürəti isə 80 faiz aşağıdır. Bəzi abunəçilər ayda 110 dollar ödəsələr də, müəyyən edilmiş sürətin üçdə birini və ya yarısını əldə edirdilər. Təxminən 5 milyon yerli sakin xidmətin potensial qurbanı olub.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2023