Yumşaq implantat-robot hazırlanıb 2017-01-30 17:01:41 / KONFRANSLAR

Harvard universiteti və Bostonun uşaq xəstəxanasından olan tədqiqatçılar qrupu yumşaq robot-implantat hazırlayıblar. Yeni qurğu ağır ürək tutmaları və infarktlardan sonra insanların sağ qalma faizini yüksəltməyə imkan verəcək.

 

Ürəyin qapaqlarına daxil edilən mexaniki qurğulardan fərqli olaraq bu implantat ürəyin ətrafında fırlanaraq və dövri-irəli hərəkətlər edərək ona qanın ötürülməsi funksiyasını yerinə yetirməyə kömək edir.

 

www.dailytechinfo.org saytının məlumatında bildirilir ki, yumşaq implantat konstruksiyası ürəyin quruluşu ilə bilavasitə eynidir. Bu qurğunun meydana çıxması “yumşaq” robot texnikası sahəsində son nailiyyətlər nəticəsində mümkün oldu. İmplantat konstruksiyasının işində yüksək dəqiqliklə sinxronlaşdırılmış iki müstəqil pnevmatik qurğu dəstindən istifadə olunur. Qurğu bioloji neytral krem tərkibli materialdan istehsal edilmiş şəbəkəyə oxşayır. İmplantatın ilk dəsti irəli hərəkətlərin, ikincisi isə  dövri hərəkətlərin edilməsi üçün nəzərdə tutulub. Bütün bunların nəticəsində, real ürəyin yığılma hərəkətlərinə dəqiq uyğun olan mürəkkəb hərəkət alınır. 

 

Yeni metodun iş qabiliyyəti xüsusi preparatların köməyilə ürək fəaliyyətinin intensivliyi 45 faiz aşağı salınmış təcrübə donuzlarının orqanizminə tətbiq yolu ilə nümayiş etdirilmişdir. İmplantatın köməyilə ürəyin hərəkət intensivliyini normadan 95 faizə qədər yüksəltmək mümkün olmuşdur.

 

“Əsas məqsədimiz yumşaq robotlarla canlı toxumaların bir-birinə uğurlu şəkildə təsir edə bildiklərini sübut etməkdir”, – deyə Harvard Universitetinin professoru Konor Uolş bildirib. Əlavə edib ki, bu kimi robotlardan ürəyin funksiyaları və insan orqanizminin başqa orqanlarında yaranan müxtəlif problemlər zamanı bərpa məqsədilə istifadə etmək mümkün olacaq.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024