Ekzaflops səviyyəsində ilk superkompüter təqdim ediləcək 2017-01-24 17:35:16 / KONFRANSLAR

Çin dünyada ilk ekzaflops superkompüterin prototipinin hazırlanması işlərinin ən yaxın aylarda tamamlanacağını elan edib. Prototipi tamamilə funksional modelə çevirmək üçün isə iki il lazım olacaq.

 

hi-news.ru saytının məlumatına görə, sistem plana uyğun işləsə bu, dünyada ən sürətli superkompüter olacaq.

 

“Ekzaflops səviyyəli superkompüterin hesablama sisteminin 2020-ci ildə tamamlanması gözlənilir. Nəticədə o, 2010-cu ildə dünyanın ən sürətli superkompüteri olaraq tanınan Çinin ilk superkompüterindən 200 dəfə güclü olacaq”, – deyə Superkompüter Proqramları Milli Mərkəzindən Zan Tin bildirib.

 

Çinin hazırlanma mərhələsində olan “Tyanxe-3” superkompüterinin prototipi saniyədə ən azı 1 kvintilyon hesablama yerinə yetirmək imkanına malik olacaq. Kvintilyonlar bir qayda olaraq, Yer kürəsinin kütləsinin (tonlarla) riyazi hesablamalarında və ya insan beynində molekulların sayının hesablanması zamanı istifadə olunur.

 

Qeyd etmək lazımdır ki, Çin hazırda ekzaflops səviyyəli superkompüterin hazırlanması ilə məşğul olan yeganə ölkə deyil.  Anoloji işlər ABŞ-da da aparılsa da, burada yeni superkompüterin 2023-cü ildə təqdim olunması nəzərdə tutulub.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024