AMEA İnformasiya Texnologiyaları İnstitutunda ixtisas üzrə doktorluq imtahanı keçirildi 2016-12-22 10:44:30 / KONFRANSLAR

16 dekabr 2016-cı il tarixdə AMEA İnformasiya Texnologiyaları İnstitutunda “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə doktorluq imtahanı test üsulu ilə keçirildi.  İmtahanda 2 nəfər -  Bakı Dövlət Universitetinin dissertantı Ramin Səmədov və Sumqayıt Dövlət Universitetinin dissertantı Şəlalə Cəfərova iştirak edirdilər.

 

Qeyd edək ki, AMEA prezidentinin 10 noyabr 2016-cı il tarixli 626 saylı "Qış imtahan sessiyasının keçirilməsi haqqında" sərəncamına əsasən “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə doktorluq imtahanının qəbul edilməsi üçün İnformasiya Texnologiyaları İnstitutunda  komissiya yaradılmışdır.

 

Komissiyanın sədri, institutun direktoru, akademik Rasim Əliquliyev, üzvləri - texnika elmləri doktoru Ramiz Alıquliyev, texnika üzrə fəlsəfə doktorları Rəşid Ələkbərov, Fərhad Yusifov institutun elmi katibi Mədinə Səidovadır.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024