Amerika alimləri betonu elektromaqnit ekrana çeviriblər 2016-12-05 10:03:33 / KONFRANSLAR

Amerika alimləri elektromaqnit ekran funksiyasını yerinə yetirə bilən yeni beton növü hazırlayıblar.

 

Elektromaqnit silah sferasının inkişaf etməsiylə ekranlaşdırılmış materialların hazırlanmasına maraq daha da artmışdır. Əsas hədəf rəqibin elektron aparaturasının sıradan çıxarılmasıdır. Hazırda yalnız bir neçə strateji əhəmiyyətli obyektlər (hərbi, energetika) elektromaqnit şüadan müdafiəyə malikdirlər: onlar betonun daxilindəki armatur qatla mühafizə olunurlar.

 

Elektromaqnit şüadan müdafiə üzrə müasir vasitələr “Faradeyin qəfəsi” prinsipinə əsaslandırılmışdır. O, yaxşı elektrik ötürücülüyə malik materialdan olan qapalı konstruksiyadan ibarətdir. Qəfəslərin dəyişən elektromaqnit sahəsində yerləşdirilməsi zamanı onun əks tərəflərində yükləmələr əmələ gəlir, nəticədə elektromaqnit şüa qəfəsin içinə daxil ola bilmir.

 

naked-science.ru saytının məlumatına görə, alimlər Faradey qəfəsinin funksiyalarını yerinə yetirə bilən betonu təqdim ediblər. Onun tərkibinə maqnetit əlavəli adi beton, karbon və metal hissəcikləri daxildir.

 

Betonun yeni növü elektromaqnit şüadan qorunmuş binaların inşaat dəyərini azaltmağa imkan verəcək. Bundan başqa, material yaşayış olan tikililərə də daşına biləcək.

 

Qeyd edək ki, ilk dəfə elektrik keçirən betonu alimlər 2016-cı ilin yanvarında təqdim ediblər. O, 20 faiz metal və karbon hissəciklərindən ibarətdir.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024