“iPhone 8”in bir sıra xüsusiyyətləri məlum olub 2016-10-05 13:45:30 / KONFRANSLAR

“Apple” şirkətinin İsrail ofisində iPhone-un növbəti nəsli üçün detalların hazırlanmasına başlayıblar. hitech.vesti.ru saytının məlumatına görə, "iPhone 8"in dizaynı sələflərilə xarici oxşarlığı səbəbindən tez-tez tənqid edilən iPhone 6s və iPhone 7-dən fərqlənəcək. Bundan başqa, gələcək iPhone-un kamerası daha keyfiyyətli olacaq.

 

“Apple”in İsrailin Qersliya şəhərində yerləşən ofisində təxminən 800 əməkdaş fəaliyyət göstərir. 2015-ci ildə şirkət rəhbəri Tim Kuk ölkəyə baş çəkən zaman bu ofisi  dünya üzrə Apple tədqiqatları və istehsalı ilə məşğul olan ikinci ən böyük mərkəz adlandırdı.

 

Şirkət təmsilçisinin sözlərinə görə, Qersliyada “Apple”in yeni məhsulları hazırlanır, lakin onların quraşdırılması İsraildən kənarda həyata keçirilir. Söhbət çip, saxlama sistemləri, kamera və naqilsiz texnologiyalardan gedir.

 

“iPhone 8” haqqında ictimaiyyətə hələlik çox az məlumat verilib.  Bildirilir ki, yeni nəsil iPhone smartfonlarında 2007-ci ildən bugünədək qurğunun ayrılmaz hissəsi olan klavişləri birbaşa ekrana quraşdırılmış “virtual düymə” əvəz edəcək. "iPhone 8"in ekranı qurğunun bütün səthini tutacaq, beləliklə klaviş üçün “Home” düyməsinə ehtiyac qalmayacaq.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2023