Ağ-qara fotoşəkilləri “rəngləyən” onlayn xidmət istifadəyə verilib 2016-07-27 13:36:01 / KONFRANSLAR

ABŞ-ın “Algorithmia” şirkəti bir neçə saniyə ərzində istənilən ağ-qara fotoşəkili “rəngləməyə” imkan verən onlayn xidmətini istifadəyə verib.

 

İstehsalçılar bildiriblər ki, “Colorful Image Colorization” xidmətinin əsasında dərin maşın təlimi alqoritmləri dayanır.

 

Fotoşəkili rəngli etmək üçün algorithmia.com/colorize-photos/ internet ünvanına daxil olaraq fotonu sayta yükləmək və ya xüsusi sahəyə şəkilə aid istinadı yerləşdirmək və “Colorize It” düyməsini sıxmaq lazımdır. hitech.vesti.ru

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024