Dissertasiya şurasının növbəti iclası keçirildi 2016-05-23 12:21:34 / KONFRANSLAR

 

Bu gün AMEA İnformasiya Texnologiyaları İnstitutunun Dissertasiya şurasının növbəti iclası keçirildi.

 

Dissertasiya şurasının sədri, AMEA-nın akademik katibi, institutun direktoru, akademik Rasim Əliquliyev gündəlikdə duran məsələlər haqqında məlumat verərək iclasın 1203.01 – “Kompüter elmləri” ixtisası üzrə dissertasiya işinin təqdim edilməsi və kuratorların təsdiqi məsələlərinə həsr olunduğunu bildirdi.

 

İclasda texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq iddiasında olan Məmməd Həşimovun “Şəbəkə mühitində bulud servislərinin sintezi üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda dissertasiya işi təqdim edildi, kuratorlar təyin olunaraq təsdiq edildi.

 

İddiaçı M.Həşimovun dissertasiya işi üzrə kuratorlar texnika üzrə elmlər doktoru, professor Vidadi Musayev və texnika üzrə fəlsəfə doktoru Firudin Ağayev təyin olundu.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024