Azərbaycanda yay vaxtına keçidin ləğv edilməsi ilə bağlı “Microsoft” “Windows” əməliyyat sistemini yenilədi 2016-05-12 12:59:42 / KONFRANSLAR

 

Azərbaycanda yay vaxtına keçidin  ləğv edilməsi ilə bağlı "Microsoft" "Windows" əməliyyat sistemini yenilədi 
 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 Mart 2016-cı il tarixli 131 saylı Qərarına əsasən, cari ilin 27 mart tarixində ölkə ərazisində yay vaxtına keçid ləğv olunub. Yay vaxtına keçidləğv olunması ilə  əlaqədar kompüter sistemlərində vaxtla bağlı uyğunsuzluqlar əmələ gəlib.

 
Bu məsələnin mərkəzləşdirilmiş qaydada "Windows" yeniləmələri vasitəsi ilə həll edilməsi üçün "Microsoft" şirkəti tərəfindən vəd edilmiş müvafiq yeniləmə təqdim edilib. Aşağdakı təlimatdan istifadə etməklə həmin yeniləməni quraşdırmaq, beləliklə də Yay/Qış vaxtına keçidlə bağlı uyğunsuzluğu müvafiq qərara əsasən tamamilə həll etmək mümkündür.
 

Təlimata əməl etməzdən əvvəl bir sıra  tövsiyələr təqdim edilir:
 

1.    Yeniləmələr Microsoft Korporasiyası və yerli mütəxəssislər tərəfindən uğurla sınaqdan keçirilib, işlək vəziyyətdədirlər. Bu və ya istənilən yeniləməni istehsalat mühitində quraşdırmazdan əvvəl hər ehtimala qarşı ehtiyat nüsxələrin (Backup) çıxarıldığına və onların işlək vəziyyətdə olduğuna əmin olun;
 
2.    Yeniləməni əvvəlcə sınaq mühitində quraşdırın, müvafiq sınaqlar aparın, nəticələrdən razı qaldıqdan və dəyişikliklərin təsirini təhlil edib müvafiq əməliyyat risklərini qiymətləndirdikdən sonra istehsalat mühitinə quraşdırmağıplanlaşdırın;
 
3.    İstehsalat mühitində istifadəçilərə və işgüzar proseslərə təsiri azaltmaq üçün (to minimize impact) yeniləmələrin quraşdırılmasın qeyri iş saatlarında (non-working hours) həyata keçirin;
 
4.    Rəy və təkliflərinizi (feedback) bizimlə paylaşmaqdan çəkinməyin. 
 

Windows 10 üçün nəzərdə tutulmuş yeniləmə müvafiq toplu yeniləmənin (Cumulative Update) içərisində təqdim olunub. Bu keçiddə daha ətraflı məlumat verilib:
 
http://windows.microsoft.com/en-us/windows-10/update-history-windows-10

 

ictnews.az

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024