Sinqapurda 4G internetin sürəti üzrə yeni dünya rekordu müəyyən edildi 2016-04-13 15:59:46 / KONFRANSLAR

Çinin smartfon istehsalçısı “Huawei” şirkəti Sinqapurun “StarHub” telekommunikasiya şirkəti ilə birgə otaqda 4G internetin sürəti üzrə yeni dünya rekordu müəyyən edib.

 

Mütəxəssislər xüsusi texnologiya və cihazların köməyi ilə 1 Gb/saniyə sürət nəticəni əldə edə biliblər.

 

Bununla da 30 santimetrlik cihaza oxşayan çoxzolaqlı siqnalın modulyatoru təqdim edilib ki, bu cihaz da mobil rabitələrin buraxıcılıq tutumunu xeyli artırır.


Şirkətlər artıq yeniliyin və 4G internetin Sinqapurda kommersiya sınaqlarının davam etdirilməsi ilə bağlı razılığa gəliblər. Onlar üçün əsas məqsəd yeni nəsil şəbəkəni dəstəkləyən smartfonların siyahısını artırmaq olub. Bu isə insanlara qapalı otaqlardan və insanların çox olduğu yerlərdən maneəsiz dünya şəbəkəsinə qoşulmağa geniş imkanlar verəcək.

 

ikt.lent.az

 

 

 

 

 

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024