Avropada ilk dəfə sürücüsüz yük maşınları dəstəsi yola çıxıb 2016-04-11 13:48:36 / KONFRANSLAR

 

Avropada ilk dəfə bir neçə kolondan ibarət sürücüsüz yük maşınları yola çıxıblar. European Truck Platooning təşkilatının məlumatına görə, bir neçə qrupdan ibarət yük avtomobilləri martın 29-da İsveç, Almaniya və Belçikadan yola çıxmış və aprelin 6-da Rotterdamda öz marşrutlarını tamamlayıblar. Keçilən yolun ümumi uzunluğu təxminən 2.1 min kim olub.

 

Tədbirdə DAF Trucks, Daimler Trucks, Iveco, MAN Truck & Bus, Scania və Volvo şirkətləri iştirak ediblər.

 

Yarışda ümumilikdə 6 avtomobil dəstəsi iştirak edib. Sürücüsüz maşınlar arasında əlaqə “Wi-Fi” vasitəsilə yaradılıb.  Avtomobil dəstəsindən onların arasında  sürəti, marşrutu və məsafəni müəyyənləşdirən aparıcı yük maşını da seçilib.

 

Tədbirin təşkilatçıları sürücüsüz yük maşınlarının adi yük maşınlarından bəzi üstünlüklərinin olduqlarını qeyd ediblər. Xüsusilə, sürücüsüz yük maşınları daha sıx gedərək digərlərinin hərəkətinə mane olmurlar. Bundan başqa, təşkilatçıların fikrincə, sürücüsüz avtomobillərin yükü daha tez və təhlükəsiz çatdırmaları iqtisadi baxımdan sərfəlidir. Nəhayət kompyuterlə idarə olunan bu maşınlar şirkətlərin yanacağa ayırdıqları vəsaitə qənaət etmiş olacaq.

 

Qeyd edək ki, sürücüsüz ilk avtomobillərin sınağı 2014-cü ildə ABŞ-da baş tutub.

 

www.nplus1.ru

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024