İlk dəfə olaraq göyərtəsində insan olan multikopter uçuş yerinə yetirib 2016-04-08 13:49:45 / KONFRANSLAR

 

Almaniyanın “E-volo” şirkəti ilk dəfə olaraq hibrid vertolyot və dronun funksiyalarını özündə birləşdirən göyərtəsində heyət olan multikoptein uçuşunu yerinə yetirib. Uçuş uğurla başa çatdığından mütəxəssislər avtomatik idarə olunan hava vasitəsinin küləvi istehsalına başlamağı planlaşdırırlar.

 

Volocopterin sükanı arxasına əyləşən şirkətin icraçı direktoru Aleksandr Zosel maşını müstəqil idarə etməyə cəhd göstərib.

 

İdarə etmə sistemi sensor ekranla tənzimlənən multikopterin karkasında 18 mühərrik yerləşdirilib.

 

İxtiraçıların fikrincə, volocopter iri şəhərlərdə yaranan tıxac probleminin həllində, həmçinin taksi kimi də istifadə edilə bilər.

 

www.hi-tech.mail.ru

                   

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2023