Dissertasiya Şurasının növbəti iclası keçirildi 2016-04-08 12:34:57 / KONFRANSLAR

 

Bu gün AMEA İnformasiya Texnologiyaları İnstitutunun Dissertasiya şurasının növbəti iclası keçirildi.

 

Öncə torpaqlarımızın bütövlüyü uğrunda qəhrəmancasına həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

 

Dissertasiya Şurasının sədr müavini, texnika üzrə elmlər doktoru, professorƏləkbər Əliyev gündəlikdə duran məsələlər haqqında məlumat verərək iclasın dissertasiya işlərinin təqdimi və kuratorların təsdiqi məsələlərinə həsr edildiyini bildirdi.

 

İclasda 3356.01 – “Kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq” ixtisasında texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq iddiasında olan Elçin Məmmədovun “Müasir elektron kitabxana şəbəkəsinin yaradılması mexanizmlərinin işlənməsi”, 3338.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisasında texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq iddiasında olan Möhübbət Əhmədovun “Qeyri-səlis zaman sıraları əsasında proqnozlaşdırma” və Ali Amoojinin “Nevroloji xəstəliklərin diaqnostikası üzrə ekspert sistemlərin qurulması” mövzusunda dissertasiya işləri təqdim edildi, kuratorlar təyin olunaraq təsdiq edildi.

 

İddiaçı Elçin Məmmədovun dissertasiya işi üzrə kuratorlar texnika üzrə elmlər doktoru Ramiz Alıquliyev və tarix üzrə elmlər doktoru, professor Bayram Allahverdiyev, Möhübbət Əhmədovun dissertasiya işi üzrə kuratorlar texnika üzrə elmlər doktoru, professor Məhəmməd Əhmədov və texnika üzrə fəlsəfə doktoru Yadigar İmamverdiyev, Ali Amoojinin dissertasiya işi üzrə kuratorlar isə texnika üzrə elmlər doktoru, professor Məsumə Məmmədova və texnika üzrə fəlsəfə doktoru, dosent Zərifə Cəbrayılova təyin olundu.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2023