AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri beynəlxalq jurnalın redaksiya heyətinin üzvü seçilib 2016-03-04 17:07:03 / KONFRANSLAR

 

AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, texnika üzrə elmlər doktoru Ramiz Alıquliyev “Turkish Journal of Mathematics & Computer Science” beynəlxalq jurnalının redaksiya heyətinin üzvü seçilib.

 

Onlayn jurnalda riyaziyyat və kompüter elmlərinin bütün sahələrinə aid tədqiqat materialları, icmallar və qısa məqalələr nəşr olunur.

 

Nəzəri və tətbiqi riyaziyyat, qeyri-səlis nəzəriyyə, alqoritmlər, elmi hesablama, süni intellekt, eləcə də təbiət elmlərində, mühəndislik, tibb və ictimai elmlərdə riyaziyyat və riyazi biliklərin tətbiqi jurnalın əsas elmi istiqamətləridir.

 

 

 

 

 

 

 

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2023